31 
Avq
2021
16:50
659

Saxta kovid pasportları hazırlayan şəxslər saxlanıldı

Dövlət Təhlükəsizlik Xidməti Tbilisidə genişmiqyaslı xüsusi əməliyyat keçirib və saxta kovid pasportu hazırlamaq və vermək faktı ilə əlaqədar yeddi nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti bu barədə məlumat yayıb.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində saxta sənəd hazırlamaq və satmaq faktı ilə bağlı 7 nəfəri saxlayıb. Saxlanılanlar əsasən qadınlardır.

İstintaq müəyyən edib ki, adı çəkilən şəxslərdən dördü 350 avro qarşılığında kovid 19 əleyhinə Pfizer peyvəndi ilə aşılandığını təsdiqləyən sənəd hazırlayaraq Gürcüstan vətəndaşına təhvil verib və üç nəfər isə 400 GEL müqabilində Gürcüstan vətəndaşına kovid 19 əleyhina Sinopharm peyvəndi ilə aşılandığını təsdiqləyən saxta sənəd hazırlayıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 362 -ci maddəsinin birinci hissəsi ilə davam etdirilir.

İstintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən aparılır. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər