Sentyabrın 2-3-də Gürcüstanda yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə güclü olacağı, vaxtaşırı güclü qərb küləyi əsəcəyi, dolu düşəcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.
Dənizdə 4-5 bal gücündə fırtına gözlənilir. Qərbi Gürcüstanda hava istiliyi əhəmiyyətli dərəcədə azalacaq.
Gözlənilən güclü yağışlar Gürcüstanın kiçik çaylarında daşqınlara və ölkənin dağlıq ərazilərində sürüşmə proseslərinin yaranmasına-aktivləşməsinə səbəb ola bilər.
