Gürcüstanda koronavirusa yeni 16 yoluxma qeydə alınıb. Bununlada ölkəmizdə yoluxma hallarının sayı 582-ə çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında (stopcov.ge) məlumat verilib.
Bildirilib ki, hazırda ölkə üzrə karantində 5025, stasionar müalicədə isə 540 nəfər var. Virusa yoluxmuş şəxslərdən 7 həyatını itirib, 207 nəfəri isə tam sağalıb.
