"15 sentyabrda təhsil distant rejimdə başlayacaq və oktyabrın 4 -dək davam edəcək. Bundan sonra fərqli bir yanaşmamız olacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Təhsil naziri Mixeil Çxenkeli bu gün Koordinasiya Şurasının iclasından sonra məlumat verib.
Onun sözlərinə görə, bu, yoluxma nisbətinin 4%-dən aşağı olacağı şəhər və ya kənddə təhsilin sinif otaqlarında və auditorialarda, yəni davamiyyətli formatda bərpa ediləcəyi anlamına gəlir.
"Ancaq müsbət nisbətin yüksək olacağı şəhər və kəndlərdə təhsil distant formatda davam edəcək", - deyə Mixeil Çxenkeli deyib.
