31 
Avq
2021
11:18
405

Baş nazir: "Hər şey idarə olunur və nəzarət altındadır"

"Epidemiologiya baxımından bəzi sakitləşdirici konturlar və sabitlik əlamətləri müşahidə olunur".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili deyib.

Baş nazirin jurnalistlərə dediyinə görə,  bu sabitləşmə əhalini həvəsləndirməməlidir.

"Dünən dedim və təkrar etmək istəyirəm - bəzi sakitləşdirici konturlar və sabitləşmə əlamətləri var, lakin bu bizi həvəsləndirməməlidir. Əksinə, səfərbər bir şəkildə vəziyyəti mümkün qədər sabitləşdirməliyik. Ölkəmizin iqtisadi artımını və inkişafını davam etdirmək və vətəndaşlarımızı növbəti çətinliklərdən qorumaq üçün peyvənd və maska bu vəziyyətin həllidir. Hər şey idarə olunur və nəzarət altındadır", - deyib Ğaribaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər