Peşə təhsili almaq istəyənlər üçün imtahan tarixi açıqlandı
Bu il əksər peşə təhsili proqramları üçün tələbə seçimi kolleclər tərəfindən təşkil ediləcək və əsasən sentyabrın 19 -dək onlayn formatda keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Bəzi proqramlara Milli Qiymətləndirmə və İmtahan Mərkəzi tərəfindən təşkil edilən test üsulu ilə seçiləcək və bunun tarixi artıq müəyyənləşdirilib - test 6-7 sentyabr tarixlərində keçiriləcək.
"İmtahan günü və yeri haqqında məlumatları abituriyentlər qeydiyyat sistemində, şəxsi səhifələrində tapacaqlar.
Xatırlatmaq istərdik ki, Nazirliyin apardığı islahatlar nəticəsində peşə təhsili daha da populyarlaşır. Peşə təhsili proqramları üçün bu il görünməmiş sayda, 19 min abituriyent müraciət etdi və onlar müasir standartlara uyğun təhsil müəssisələrində əmək bazarında tələb olunan peşələri mənimsəmək imkanlarına sahibdirlər. IT proqramları, tibb bacısı təhsili, kulinariya, əmək təhlükəsizliyi, dəniz nəqliyyatı və digər sahələr bu il xüsusilə populyardır", - məlumatda deyilir.


