30 
Avq
2021
20:43
1093

UNICEF-in Gürcüstandakı Uşaq Fondunun nümayəndəsi: "Tədris prosesi məktəblərdə başlamalıdır"

"Tədris prosesi məktəblərdə başlamalıdır və bu həm şagirdin akademik davamiyyəti, həm də sosial bacarıqları üçün vacibdir".

InterPress.ge xəbər verir ki, bunu UNİCEF -in Gürcüstandakı Uşaq Fondunun nümayəndəsi Qasan Xəlili deyib.

Onun sözlərinə görə, mövcud vəziyyətin həlli bütün cəmiyyəti, xüsusən də müəllimləri aşılamaqdır. 

"Məktəblər açılmalıdır.  Üz-üzə təhsilin olmaması həm akademik davamiyyətə, həm sosial bacarıqlara, həm də psixi sağlamlığa təsir edir. Gürcüstandakı reallığı nəzərə alsaq, müəllimlərin təxminən 40 faizi peyvənd edildikdə, digər peşələr üçün belə bir standart varmı ki, fəaliyyət göstərmək üçün müəyyən bir faizi aşılansın? O zaman niyə bu faizə görə məktəblərin fəaliyyətini məhdudlaşdırırıq?  Hər kəsin internetə əlçatımlığı yoxdur, internetə əlçatımlığı olmayanlar tədris prosesində iştirak edə bilmirlər. Çarə bütün cəmiyyəti, xüsusən müəllimləri aşılamaqdır ”, - UNICEF -in Gürcüstandakı Uşaq Fondunun nümayəndəsi bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər