Hökumət tərəfindən hər bir uşağa 200 lari veriləcək deyə yayılan dezinformasiya xəbərinə rəsmi açıqlama
Sosial şəbəkələrdə hər bir uşağa hökumət tərəfindən 200 lari veriləcək deyə dezinformasiya yayılıb.
InterPress.ge xəbər verir ki, artıq bu barədə xəbər portalımızın əlaqə vasitələrinə çoxlu sayıda müraciət və suallar daxil olmağa başlayıb.
Mövzu ilə əlaqədar Marneuli Sosial Xidməti ilə əlaqə saxladıq və onlar bildirdilər ki, sosial şəbəkələrdə uşaqlara 200 lari maddi yardımla bağlı yayılan məlumatlar yalandı.
"Sosial mediada yayılan bu məlumatlar hər şeydən əvvəl köhnə bir xəbərdir, niyə indi yayımladıqlarını bilmirəm, bu mərhələdə hökumətdən belə bir yardım planlaşdırılmır", - deyə Marneulinin Sosial Xidmətindən bildirilib.
Qeyd: Rəsmi olmayan və xəbər saytımızda yayımlanmayan xəbərlərə inanmayın. Doğru xəbəri InterPress.ge-dən oxuyun.


