Amiran Qamğrelidze ölkədəki epidemioloji vəziyyəti şərh etdi
"Epidemioloji vəziyyətin bir qədər sabitləşməsi müşahidə olunur və yeni halların sayı artmır".
InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.
"Bir az sabitləşmə əlamətlərinin olduğunu təsdiqləyirəm, əsas odur ki, yeni halların sayı artmır. Bunun bir neçə səbəbi var. Biri, tətbiq olunan məhdudiyyətlər səbəbiylə hərəkətliliyin aşağı düşməsidir, digəri - icranın əvvəlkindən daha yaxşı olmasıdır, yəni nəzarət orqanları icraya daha sərtdir. Burada toylar, yas mərasimləri, böyük yığıncaqları nəzərimdə tuturam və hər cür süfrələr qadağandır, bundan sonra virusun inkişafının təbii dövriyyəsi vacibdir. Xatırladaq ki, o dalğalı dövr ilə xarakterizə olunur və əlbətdə ki, ölkədə əsas şeylərdən biri də aşılamanın gücləndirilməsidir ki, bu da gündəlik aşılamanın iyul ayına nisbətən təxminən üç dəfə artıq olmasını nəzərdə tutur", - deyə Amiran Qamğrelidze deyib.
Ölüm faktlarına gəlincə, Qamğrelidzenin sözlərinə görə, ölüm nisbəti yeni halların sayı ilə mütənasibdir.
"Təəssüf ki, hər 1000 yeni hala, orta hesabla 10-15-17 ölüm düşür. Bunu keçə bilmərik, bu tibbin qanunudur və bu halda bu xəstəliyin gedişatının nizamlılığıdır. Təəssüf ki, son həftələrdə, əsasən halların sayının artması səbəbindən yüksək ölüm nisbətlərinə sahibik. Halların sayı sabitləşir, amma ölüm nisbəti təəssüf ki, hələ belə davam edəcək, çünki klinikalarda kifayət qədər ağır xəstələr var, nəzərimdə intensiv terapiya və reanimasiya şöbələrini tuturam. Bu həmişə belədir, müəyyən ölüm zirvəsi təqribən 2-3 həftə yeni halların zirvəsini izləyir", - Qamğrelidze söyləyib.


