29 
Avq
2021
09:00
145

Bayden ABŞ-ın Əfqanıstandaki diplomatik missiyasının bütün əməkdaşlarını geri çağıracaq

ABŞ prezidenti Cozef Bayden ölkənin Əfqanıstandakı bütün diplomatik əməkdaşlarının çərşənbə axşamına qədər geri çağırmağı planlaşdırır.

InterPress.ge-nin məlumatına görə, bu barədə iki mənbəyə istinadən “Washington Post” qəzeti bildirib.

Mənbələrə əsasən, Bayden çərşənbə axşamına qədər səfir Ross Uilsonu və Kabildəki digər diplomatik heyəti geri çağırmağı planlaşdırır.

Daha əvvəl nəşr bildirib ki, "Taliban" hərəkatı ABŞ-a 31 avqustda silahlı qüvvələrin çıxarılmasından sonra Əfqanıstanda diplomatik mövcudluğu saxlamağı xahiş edib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays qeyd edib ki, Əfqanıstanda diplomatik mövcuduğun davamı üzrə qərar hələ qəbul edilməyib.

Amerikanın diplomatik missiyası daha əvvəl səfirliyin Kabildəki kompleksini tərk edib və paytaxtın beynəlxalq aeroportunun ərazisində işləməyə davam edir.

Əcnəbi əməkdaşların və xarici missiyalarda işləmiş əfqanların təxliyəsi ancaq Kabil aeroportu vasitəsilə aparılır. “Taliblər” bildiriblər ki, amerikalılara 31 avqustdan sonra ABŞ vətəndaşlarının təxliyyəsi üçün möhlət vermək niyyətində deyillər.

Bizimlə əlaqə saxlayın