Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

“Taliblər” Əfqanıstan qadınlarını səhiyyəyə qayıtmağa çağırıblar

358
“Taliblər” Əfqanıstan qadınlarını səhiyyəyə qayıtmağa çağırıblar
Dinləmək üçün basın

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatı ölkənin qadın tibb işçilərini öz iş yerlərinə qayıtmağa çağırıb.

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatı ölkənin qadın tibb işçilərini öz iş yerlərinə qayıtmağa çağırıb.

InterPress.ge “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı çağırışı hərəkatın nümayəndələrindən biri Zabihulla Mücahid tvitterdəki səhifəsində yerləşdirib.

Onun sözlərinə görə, Əfqanıstan Səhiyyə Nazirliyinin tabeliyində olan qadın tibb heyəti öz vəzifələrinin icrasını davam etdirməlidir.

Mücahid vurğulayıb ki, yeni hakimiyyət ölkənin səhiyyə sisteminin qadın əməkdaşlarının işlərini davam etdirmələrində problem görmür. "Səhiyyə Nazirliyi əyalətlərdə və paytaxtda bütün qadın işlçiləri işə qayıtmalarının vacibliyi barədə məlumatlandırır", - o sosial şəbəkədə yazıb.

Bundan başqa, "Taliban" nümayəndəsi digər əfqan qadınlara ölkədə təhlükəsizliyin tam təmin edilməyincə evdən çölə çıxmamağı məsləhət görüb. O, qeyd edib ki, bu, müvəqqəti prosedurdur.

Əfqanıstanda qadınların azadlığının məhdudiyyəti mövzusuna gəlincə, Mücahid bildirib ki, yeni hakimiyyət dövlət idarələrində qadınların iş yerlərinə qayıdışının təminatı üzrə səylərini davam etdirir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →