28 
Avq
2021
09:09
232

ABŞ Əfqanıstanda İŞİD terrorçusunu məhv edib

ABŞ hərbçiləri Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinə pilotsuz uçuş aparatı ilə hava zərbəsi endirib.

InterPress.ge “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd edilir ki, zərbə nəticəsində bir İŞİD terrorçusu məhv edilib.

"ABŞ-ın Silahlı Qüvvələri İŞİD planlaşdırıcısına qarşı antiterror əməliyyatı keçirib. Pilotsuz hava zərbəsi Nanqarhar əyalətinə endirilib. İlkin məlumatlara görə, hədəf məhv edilib. Mülki vətəndaşlar arasında itki yoxdur", - xəbərdə deyilir.

Hava zərbəsi avqustun 26-da Kabil aeroportu yaxınlığında törədilmiş, Amerikanın 13 hərbi qulluqçusunun həyatına son qoymuş terror aktından sonra endirilib. Pentaqon hava zərbəsinin terror aktı ilə əlaqəli olub-olmadğını açıqlamayıb.

Bizimlə əlaqə saxlayın