27 
Avq
2021
18:39
5358

AÇIQLAMA VERİLDİ - Gürcüstanda peyvənd olunanlara pul mükafatı veriləcək

"Peyvənd edilən insanlar pul mükafatı ilə həvəsləndiriləcəklər".

InterPress.ge xəbər verir ki, bu barədə vebinarda Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin rəhbəri məlumat verib.

Qamğrelidzenin sözlərinə görə, Maliyyə Nazirliyi lotereya şirkəti ilə fəal işləyir və sentyabrın əvvəlində məsələ ilə bağlı rəsmi açıqlama veriləcək.

“Həvəsləndirmə və lotereyalara gəlincə, bu məsələ şuranın əvvəlki iclasında müzakirə edildi. Maliyyə Nazirliyi xatırlatdı ki, müəyyən pul mükafatları ilə insanları həvəsləndirmək üçün daimi lotereya oyununun nə vaxt başlayacağı 1 sentyabrda açıqlanacaq. Sxem tərtib olunub. Lotereya şirkətinin bir və ya iki dəfə peyvənd edilmiş insanları müəyyən etmək üçün bazalarımızla əlaqəsi olacaq və buna müvafiq olaraq lotereyalar keçiriləcək. Sentyabrın əvvəlində bu barədə rəsmi açıqlama veriləcək, Maliyyə Nazirliyi lotereya şirkəti ilə fəal işləyir", - Amiran Qamğrelidze söyləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər