Mayın 2-5-də, Gürcüstanda istilər fonunda qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu yağacağı ehtimalı var. Dağətəyi ərazilərdə və düzənliklərdə havanın temperaturu +21, +26 dərəcə olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, 2-5 may tarixlərində Tbilisidə qısamüddətli yağış yağacağı, havanın temperaturu +22 +25 dərəcə isti olacağı gözlənilir.
