Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 031 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 536 182 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 4 885 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 477 802 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 73 nəfər ölüb və ölənlərin ümumi sayı 7 101 nəfər təşkil edib.
