25 
Avq
2021
15:14
2532

Dəhşətli hadisə: Marneulidə iki yaşlı uşaqdan valideynləri imtina edərək xəstəxanada atıb getdilər

Marneulinin Aversi Klinikasına müalicə üçün aparılan iki yaşlı qız uşaqından valideynləri rəsmi olaraq imtina edib və azyaşlı təxminən on gündür ki, klinikadadır.

InterPress.ge-nin əldə etdiyi məlumata görə, ona Aversi Klinikası və komandası baxır.

Uşağın anası və atası Marneuli bələdiyyəsinin kəndlərindən birində yaşayır.

Mövzu ilə bağlı InterPress.ge-yə Aversi Klinikasından heç bir şərh verilmədi.

Ancaq etibarlı mənbədən bildirilir ki, uşağın səhhəti yaxşılaşdıqdan sonra sosial agentlik onu müvafiq müəssisəyə aparacaq.

"Uşağın 2 yaşı var və bildiyimizə görə, Aversi Klinikasının komandası çox yaxşı bir iş görür, qıza baxırlar, paltar, yemək və uşağa lazım olan hər şeylə təmin edirlər. Uşağın anası və atası ondan rəsmi olaraq imtina edib, onların bir övladları yenə var və o artıq sosial xidmət tərəfindən müvafiq müəssisəyə aparılıb. Yəqin ki, sosial agentlik uşağın səhhəti yaxşılaşdıqdan sonra onu da müvafiq müəssisəyə aparacaqlar", - InterPress.ge-yə bildirilib.

Bizimlə əlaqə saxlayın