
Polis iki qardaşı bıçaqlayan şəxsi saxladı
DİN-in Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları keçirdikləri əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində 1992-ci il təvəllüdlü R.K. -nı qəsdən adam öldürmək ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
"İstintaq müəyyən etdi ki, təqsirləndirilən R.K. bu il avqustun 23 -də Çxorocğu bələdiyyəsinin kəndlərindən birində münaqişə zəminində 1993-cü il təvəllüdle M.M. və qardaşı -1996-cı il təvəllüdlü A.M.-ya soyuq silahla xəsarət yetirib.
Yaralılar xəstəxanaya çatdırıldı, ancaq A.M. aldığı xəsarətlər nəticəsində vəfat etdi. Polis R.K.-nı tezliklə saxladı", - DİN-in məlumatında qeyd olunub.
Cinayət Məcəlləsinin 108 -ci maddəsi ilə istintaq aparılır ki, bu da qəsdən adam öldürməyi nəzərdə tutur. Cinayətdə 7 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.