25 
Avq
2021
10:49
1369

Gürcüstanda koronavirusa yoluxma sürətlə artır - STATİSTİKA

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 5 021 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 528 043 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 5 041 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 463 306 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 58 nəfər ölüb və ölənlərin ümumi sayı 6949 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər