30 
Yan
2020
13:11
693

Baş nazir: “Gürcüstan koronavirusla “görüş”ə hazırdı”

“Gürcüstanın səhiyyə sistemi ölkədə koronavirus yayıldığı halda buna tamamilə hazırdır”.

İnterPress.ge-nin “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Baş Naziri Giorgi Qaxariya hökumətin iclasında bildirib.

“Əvvəla, Çin Xalq Respublikası ilə birbaşa uçuşları müvəqqəti dayandırmaq qərarına gəldik və bu, bu günə qədər atdığımız ən düzgün addım idi. Eyni zamanda Gürcüstanda oxşar virus aşkar edilərsə, səhiyyə sistemimiz buna tam hazırdır”, - deyə Qaxariya bildirib.

Qeyd edək ki, hökümət tərəfindən hazırlanan plana görə Gürcüstan Səhiyyə Nazirliyinə virus aşkarlandığı təqdirdə protokol hazırlamaq, şübhəli və müsbət nəticələri ÜST laboratoriyasında yenidən yoxlamaq, evakuasiyanı təmin etmək, bütün tibb işçilərini ÜST tövsiyələri ilə tanış etmək və virusun yayılmasının qarşısını almaq üçün nəzarəti sərtləşdirmək tapşırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinə tibb müəssisələrinin təhlükəsizliyini təmin etmək, xəstələrin daşınmasına kömək etmək və bütün dövlət və strateji obyektləri qorumaq həvalə edilib.

Qeyd edək ki, son məlumatlara görə, Çində koronavirusa 7711 nəfər yoluxub, onlardan 170 nəfər dünyasını dəyişib.

Virusa yoluxma halları Honkonq, Makao, Tayvan, Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Almaniya, Finlandiyada qeydə alınıb.

Bizimlə əlaqə saxlayın