01 
May
2020
10:39
4406

Gürcüstan dünyaya sərhədlərini açan ilk ölkə olmağı planlaşdırır

Biz ciddi tövsiyələrin tətbiq edilməsi şərtilə Gürcüstanın turistləri geri qaytaran ilk ölkələrdən biri olmasını təmin etmək üçün fəal işləyirik.

InterPress.ge xəbər verir ki, bunu iqtisadiyyat naziri Natia Turnava turizm sektoru ilə onlayn görüşdə deyib.

Pandemiya nəticəsində Gürcüstanda ən çox zərər çəkən turizm sənayesi oldu. Mart ayında gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 70% azalıb.

"Biz Dünya Turizm Təşkilatı ilə fəal işləyirik ki, çox sərt məhdudiyyətlər tətbiq olunduğu bir şəraitdə Gürcüstan turizm bazarı təhlükəsiz olsun və xarici turistlər üçün ilk açılacaq ölkə olsun. Əlbəttə ki, bu, yalnız ciddi nəzarət altında mümkündür", - dedi Turnava.

Bununla yanaşı, o qeyd edib ki, Gürcüstan hakimiyyəti turizm sənayesinə birinci gündən kömək edir.

"Turizm sənayesi böhrandan əvvəl olduğu kimi yenidən gəlirli və cəlbedici olana qədər zamana ehtiyac duyur. Gürcüstanın pandemiya qalib gələn və sərhədləri açan ilk ölkələrdən biri olacağına nikbinik" dedi Turnava.

Bizimlə əlaqə saxlayın