InterPress.ge-nin məlumatına görə, hadisə 24 avqust tarixində, sübh vaxtı baş verib.
Saimerlo sakinlərinin bildirdiyinə görə, yanğına səbəb elektrik olub. Ailənin üç üzvü yanıq mərkəzinə aparılıb.
"Bildiyimizə görə, sübh vaxtı baş verib, işığı yandırıblar və bu yanğına səbəb olub. Ev və avtomobil tamamilə yanıb. İki azyaşlı yanıq mərkəzinə aparılıb. Onların vəziyyəti stabildir", - Saimerlo kənd sakini bildirib.
