23 
Avq
2021
21:41
473

İmnadze: "12 yaşdan yuxarı əhalinin aşılanmasına payızda başlanacağına ümid edirəm"

"İmmunizasiya Mütəxəssisləri Şurasında 12 yaşından yuxarı əhalinin aşılanması mövzusunda fəal müzakirə aparılır".

InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzi rəhbərinin müavini Paata İmnadze deyib.

O, 12 yaşdan yuxarı əhalinin aşılanmasına payızda başlanacağına ümid etdiyini söyləyib.

"Bir çox ölkələr artıq 12 yaşdan yuxarı uşaqları aşılamağa başlayıblar. İmmunizasiya Mütəxəssisləri Şurasında bununla bağlı fəal müzakirə aparılır. Ümid edirəm ki, bizdə də bu, payızda başlayacaq", - deyib İmnadze.

Müəllimlərin aşılanmasına gəlincə, Paata İmnadze müəllimlərin təxminən 40% -nin artıq peyvənd edildiyini və bu prosesin fəal şəkildə davam etdiyini söyləyib.

“Müəllimlərimizin aşılama prosesindəki fəallığını alqışlayıram. Müəllimlərin təxminən 40% -i artıq aşılanıb və bu proses fəal şəkildə davam edir", - deyə İmnadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər