DİQQƏT! Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində kurslara qeydiyyat başladı
Bu gündən etibarən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində keçirilən kurslara qeydiyyat başladı.
InterPress.ge xəbər verir ki, qeydiyyat sentyabr ayının 1-dək davam edəcək.
Kurslar və tədrisin müddəti aşağıdakı kimidir:
Gürcü dili və ədəbiyyatı (3 ay)
Azərbaycan dili və ədəbiyyatı (3 ay)
İngilis dili (3 ay)
Tarix (Azərbaycan, Gürcüstan və Dünya tarixi) (3 ay)
Məntiq və riyaziyyat (3 ay)
Kompüter bilikləri kursları (3 ay)
Məktəbəqədər hazırlıq (1 il)
Gürcü rəqsi
Azərbaycan milli rəqsi
Akrobatik gimnastika
Cüdo
Futbol
Sərbəst güləş.
Qeyd edək ki, bütün kurslar tamamilə ödənişsizdir.
Qeydiyyat olmaq istəyənlər aşağıdakı göstərilən linkdə formanı doldura bilər!
https://forms.gle/JMHtEMGPkcATAoQs5
Əlavə məlumat üçün 588 88 39 19 mobil nömrəsilə əlaqə saxlaya bilərsiz.


