Gürcüstanda daha 6 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Belə ki, ölkəmizdə COVID-19 infeksiyasından sağalanların ümumi sayı 184-ə çatıb.
Məlumata görə, ölkədə karantində 5243, stasionar nəzarətdə isə 550 nəfər saxlanılır.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 539 nəfər yoluxub, onlardan 6 nəfər dünyasını dəyişib.
