Avqustun 23 və 24 -də Gürcüstanda axşam və gecə yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Bildirilir ki, 25-26 avqust tarixlərində Gürcüstanıb müəyyən bölgələrində yüngül yağış müşahidə edilə bilər.
Havanın temperaturu Qərbi Gürcüstanda +28, +33, şərqi Gürcüstanda isə +31, +36 dərəcə olacaq.
23-24 avqust tarixlərində Tbilisidə az yağış yağacağı, 25-26 avqustda əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu isə +32, +34 dərəcə olacaq.
