21 
Avq
2021
20:22
1563

Gürcüstanda yaxın günlər üçün hava proqnozu

22-24 avqust tarixlərində Gürcüstanın bəzi bölgələrində qısamüddətli yağış müşahidə oluna bilər.

InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi bu barədə məlUmat yayıb.

Məlumata görə, aran bölgələrində +17, +32 dərəcə istilik gözlənilir. Avqustun 22 -dən etibarən Qərbi Gürcüstanda yağış yağacaq və nisbətən sərin olacaq.  Avqustun 22 -dən 24 -dək qısamüddətli yağışlar davam edəcək, havanın temperaturu +16, +32 dərəcə olacaq.

Şərqi Gürcüstanda 22 avqustda yüksək temperatur (+18, +36 dərəcə) fonunda yağış yağacaq, şimşək, dolu və güclü külək ola bilər.

23-24 avqust tarixlərində Şərqi Gürcüstanın əksər ərazilərində qısamüddətli yağış yağacağı, minimum hava istiliyinin +16 dərəcə, maksimumun isə +36 dərəcəyə çatacağı gözlənilir.

22-23 avqustda Tbilisidə yağmursuz hava şəraiti gözlənilir, 24 avqustda qısamüddətli yağış yağa bilər.

Havanın temperaturu +20, +34 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər