Polis Sarpda bir nəfəri saxladı
Polis Sarpda külli miqdarda "heroin" ələ keçirib - bir nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
"Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları birgə keçirdikləri əməliyyat -istintaq tədbirləri nəticəsində "Sarp" ərazisində 1979-cu il təvəllüdlü O.Q.-nı xüsusilə külli miqdarda narkotik vasitəni alma-saxlama və qanunsuz olaraq Gürcüstana gətimək ittihamı ilə saxlayıblar.
O.Q. -nin idarə etdyi mikroavtobusa keçirilən baxış nəticəsində hüquq -mühafizə orqanları adı çəkilən nəqliyyat vasitəsinin salonundan sübut olaraq iki paket halında bükülmüş narkotik vasitə - heroin ələ keçirdi.
Gürcüstan Cinayət Məcəlləsinin 260 -cı maddəsinin 6 -cı hissəsi və 262 -ci maddəsinin 4 -cü hissəsinə əsasən külli miqdarda narkotik vasitənin qanunsuz olaraq alqı -satqısı və Gürcüstana qanunsuz gətirilməsi faktı ilə bağlı araşdırma aparılır.
Cinayət 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur", - DİN-in məlumatında qeyd olunub.


