Qamğrelidze hamilə qadınların peyvənd vurdurmasından danışdı
"Keçən il Gürcüstanda Covid-19-dan bir hamilə qadın öldü, bu il səkkiz belə hadisə qeydə alındı və doqquzuncu ölüm hadisəsi araşdırılır".
InterPress.ge xəbər verir ki, Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bu barədə media nümayəndələri üçün keçirilən vebinarda bildirib.
Amiran Qamğrelidze ölkədə hamilə qadınların peyvənd edilməsinin nisbətən gec başlamasının səbəbləri barədə ətraflı danışıb.
Qamğrelidzenin sözlərinə görə, hamilə qadınlara Pfizer, Moderna və Astrazeneca peyvəndlərinin vurulmasına icazə verilir və hətta bu peyvəndlərdə belə hamilə qadın, həkim və ailə arasında peyvənd haqqında razılaşmanın lazım olduğuna dair xəbərdarlıq var.
Qamğrelidzenin dediyinə görə, inaktiv peyvəndlərə gəlincə, bu tip peyvənd ümumiyyətlə hamilə qadınlarda istifadə olunsa da, kovid vaksinlərdə yazılıb ki, hamilə qadınlarda bu vaksinin tədqiqatları aparılmayıb, bu səbəbdən Gürcüstan hamilə qadınları Çin peyvəndi ilə peyvənd edə bilmir.
"Pfizer" və "Astrazeneca"ya gəlincə, Qamğrelidzenin sözlərinə görə, ilk adı çəkilən peyvənd Gürcüstan iyulun ortalarında gətirilib və "Astrazeneca" nın istifadəsi üçün aşağı yaş həddi 45 yaşdır ki, bu da reproduktiv yaşın yuxarı həddini nəzərdə tutur.
Bununla birlikdə, Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbərinin sözlərinə görə, hamilə qadınlar və mama -ginekoloqlardan çox diqqət tələb edilir. Onun sözlərinə görə, təəssüf ki, bir çox həkim hamilə qadınlara peyvənd vurdurmağı məsləhət görmürdü və yenə də görmür.
"Hamiləlik, kovid də daxil olmaqla hər hansı bir yoluxucu xəstəlik riskini nəzərdə tutur. Bu səbəbdən qripə qarşı peyvənd olunurlar. Hamilə qadınları aşılanmağa çağırmaq istəyirəm", - deyə Amiran Qamğrelidze söyləyib.


