1 yanvar 2020-ci il tarixinə olan göstəriciyə görə, Gürcüstan əhalisinin 64.5%-i 15-64 yaş arasındadır.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Belə ki, ölkə əhalisinin 20.4%-ni 0-14 yaş qrupundan olanlar, 64.5%-ni 15-64 yaş arasından olanlar, 15.1%-ni isə yaşı 65-dən çox olanlar təşkil edir.
Məlumatda qeyd olunub ki, ölkə əhalisinin 48%-ni kişilər (1 790.3 min nəfər), 52%-ni isə qadınlar (1 926.6 min nəfər) təşkil edir.
.jpg)