30 
Apr
2020
15:34
3125

Gürcüstanda əhalinin sayı azalıb - STATİSTİKA

1 yanvar 2020-ci il tarixinə olan göstəriciyə görə Gürcüstan əhalisinin sayı illik müqayisədə 0.2% azalaraq 3 716.9 min nəfər təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, əhalinin 59%-i şəhər yerlərində, təxminən üçdə biri isə paytaxt Tbilisidə məskunlaşıb.

Kvemo Kartli regionunda isə 434 min nəfər qeydiyyatdadır ki, onlardan 189.7 nəfər şəhər, 244.5 nəfər isə kənd yerlərində yaşayır.

Hesabata əsasən 2019-cu ildə ölkədə emiqrantların sayı əvvəlki illə müqayisədə 6.2% artaraq 105 107 nəfərə çatıb, imiqrantların sayı isə 9.9% artaraq 96 864 nəfər təşkil edib.

Hesabata əsasən 2019-cu ildə ölkədə emiqrantların sayı əvvəlki illə müqayisədə 6.2% artaraq 105 107 nəfərə çatıb, imiqrantların sayı isə 9.9% artaraq 96 864 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər