Dəhşətli hadisə: Qaracalar kəndindən olan 14 yaşlı əlil uşağı qohumları qəbul etməyib küçənin ortasında buraxdı
Qohumları ilə birlikdə Qaracalarda olan əlil yeniyetmə küçəyə buraxılıb və qohumları onu himayəyə almaqdan imtina edib.
InterPress.ge xəbər verir ki, Telavi bələdiyyəsində 14 yaşlı yeniyetmə anası ilə xalasının ailəsində yaşayırmış.
Ana səhhəti ağır olduğu üçün Telavi Referal Xəstəxanasına yerləşdirilib, uşağın xalasının ailəsi isə onu himayə etməkdən imtina edib və kəndin mərkəzində buraxıblar.
Yeniyetmə Telaviyə gedə bilməyib. Nə yerli sakinlər, nə də kəndin majoritar millət vəkili Zurab Musayev ona kömək etməyib. Radio Hereti -nin verdiyi məlumata görə, yeniyetmə daha sonra Telavi Bələdiyyəsi tərəfindən Telavidəki Referal xəstəxanaya aparılıb. O, kovid testdən keçiriləcək və cavab aldıqdan sonra sosial xidmət onu dövlət qayğı proqramı çərçivəsində himayədar ailəyə verəcək.


