Avqustun 20 -də Qərbi Gürcüstanda yağış yağacaq və hava nisbətən sərinləşəcək.
InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi bu barədə məlumat yayıb.
21-22 avqust tarixlərində hava açılacaq, temperatur bəzi yerlərdə +24, +29 dərəcə olacaq. Avqustun 20 -də isti hava şəraitində (+29, +34 dərəcə) şərqi Gürcüstanın bəzi yerlərində yağış yağacaq, şimşək, dolu və güclü külək ola bilər. 21-22 avqust tarixlərində bəzi ərazilərdə qısamüddətli yağış gözlənilir.
Tbilisidə qısamüddətli yağış ola bilər. Havanın temperaturu +32, +34 dərəcə olacaq.
