17 
Avq
2021
13:18
1873

Gürcüstanda avqust ayının 22-dək olan hava şəraiti açıqlandı

17-19 avqust tarixlərində Gürcüstanın bəzi yerlərində qısamüddətli yağış ola bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.

Bildirilir ki, aran və düzənlik bölgələrdə hava istiliyi +28, +33 dərəcə gözlənilir.

Avqustun 20-də Qərbi Gürcüstanda yağış yağacaq və nisbətən soyuq olacaq. 21-22 avqust tarixlərində bəzi yerlərdə havanın temperaturu +24, +29 dərəcə olacaq.

Şərqi Gürcüstanda, avqustun 20-də, istilik fonunda (+29, +34 dərəcə) bəzi yerlərdə yağış, göy gurultusu, dolu və güclü külək olacağı gölənilir. 21-22 avqust tarixlərində isə az yağış yağacağı ehtimalı var.

Paytaxt Tbilisiyə gəlincə isə qısamüddətli yağışlar gözlənilir. Havanın temperaturu +32, +34 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər