InterPress.ge xəbər verir ki, müştərilər kovid-kartı Gürcüstanın bütün filiallarından əldə edə biləcəklər.
Tam və ya qismən aşlama və son PCR müayinəsi haqqında məlumatlar, həmçinin aşılamanın unikal QR kodu və şəxsi məlumatlar kovid kartında əks olunacaq və bu, Ədliyyə Evinin möhürü ilə təsdiqlənəcək.
Kovid- kartı üçün ərzinənin təqdim edilməsi pulsuzdur və sənəd ərizə təqdim edildikdən sonra şəxsiyyət vəsiqəsi əsasında veriləcək.
Vətəndaşın Gürcüstan xaricində apostil / leqallaşdırma ilə təsdiqlənmiş kovid kartına ehtiyacı olduğu təqdirdə, bu xidməti Ədliyyə Evlərində və ictimai mərkəzlərində əldə edə biləcəklər.
