Marneulidə Tasua yürüşü keçiriləcək
Marneulidə avqust ayının 18-də Tasua yürüşü keçiriləcək.
Bu barədə InterPress.ge-yə Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Şeyxi və sədri Mirtağı Əsədov bildirib.
ÜGMADİ-nin Şeyxi qeyd edir ki, Səhiyyə Nazirliyi tərəfindən verilən bütün tövsüyələrə riayət olunacaq.
Əsədov bildirir ki, Tasua yürüşünə qatılacaq insanlardan maska taxmaq tələb olunacaq, maskası olmayan şəxslərə maska paylanacaq.
O, eyni zamanda çağırış edərək, xəstə olanların yürüşə qatılmamasını və körpələrin gətirilməməsini, həmçinin uzaqdan gələnlərin gəlməmələrini tövsiyyə edib.
Verilən məlumata görə, yürüş hər il olduğu kimi saat 11:00-da Marneulidə yerləşən Əhli-Beyt cəmiyyətinin qarşısından başlayacaq, İmam Əli (ə) məscidinin qarşısında sona çatacaq.


