Marneulinin Qaçağan kəndinin sakinləri 29 aprel tarixində etiraz aksiyası keçiriblər.
InterPress.ge-nin məlumatına görə, kənd sakinlərinin etirazına səbəb otlaq sahəsinə başqa yerdən mal-qaranın gətirilib otarılması olub.
Sakinlərin xəbər portalımıza verdiyi məlumata görə, başqa yerdən 1000 baş qoyun gətirilib, onların mal-qarasının otladığı yerə salırlarmış və nəticədə kənd sakinlərinin mal-qarası ac qalırmış.
Məsələ ilə bağlı hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub. Məsələni yerindəcə həll ediblər və bir daha otlaq sahəsinə başqa yerdən mal-qaranın gəlməyəcəyini dair söz verilib.
