15 avqust tarixinə olan məlumata görə, Gürcüstanda ümumilikdə 791.863 nəfər peyvənd olunub.
InterPress.ge xəbər verir ki, Milli Xəstəliklərə Nəzarət Mərkəzi bu barədə məlumat yayır.
Məlumata görə, 237 149 nəfər tam peyvənd olunub. Avqustun 14 -də 23 010 nəfər peyvənd edilib.
Qeyd edək ki, bu gün Gürcüstanda 4314 yeni koronavirus halı aşkarlanıb, 4519 nəfər sağalıb, 35 nəfər isə vəfat edib.
