Aktual Media jurnalistika üzrə yeni layihə həyata keçirir
"Aktual Media" - Aktual.ge xəbər portalının Marneulidə başlatdığı jurnalistika kursu davam edir.
InterPress.ge Aktual-a istinadən məlumatına görə, jurnalistika üzrə kurslar 24 avqust tarixindən başlayıb.
Sözügedən kursun təlimçiləri AZƏRTAC xəbər agentliyinin Gürcüstan üzrə xüsusi müxbiri Xətai Əzizov və "Mtavari Arxi" telekanalının jurnalisti Ceyhun Məhəmmədəlidir.
Bildirilir ki, "Aktual Media" - Aktual.ge xəbər portalının başlatdığı jurnalistika kursunda 11 nəfər iştirak edir. Kurs artıq bir aydır ki, davam edir.
Kurs çərçivəsində təlimçilər tərəfindən kurs iştirakçılarına jurnalistikada xəbər janrı, telesüjet, analitik yazılar, tərcümə qaydası, dil, üslub, yüksək jurnalist etikası və mədəniyyəti, səlis danışıq qabiliyyəti, fikirlərini aydın, qüsursuz ifadə etmək - bacarığı, operativ xəbər tapmaq və hazırlamaq, sorğu götürmək, xəbər dəyərləri, xəbərin obyektivliyi, jurnalistin xəbər mənbələri, və digər aktual məsələlər barədə təlimlər keçirilir.


