Peyvənd olunmayan vətəndaşlar üçün bu ödənişli ola bilər
"Əgər vətəndaş aşılanmaqdan imtina edərsə və müxtəlif fəaliyyətlərdə iştirak etmək istəyərsə testdən keçməsi ödənişli ola bilər".
InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbər müavini Paata İmnadze deyib.
Vebinarda PCR və antigen testlərinin pullu olub-olmamasının planlaşdırılıb -planlaşdırılmadığı sualına Paata İmnadze "bu qaydalardan asılı olacaq" cavabını verib.
"İnsanların seçim imkanı olacaq. Dövlət insanlara peyvəndi pulsuz olaraq təklif edir, amma əgər peyvənd vurdurmaq istəməsə və təhlükəli olan müəyyən fəaliyyətləri istəsə, dövlət özünü sığortalamalı və belə insanlar testdən keçirilməlidir, amma alternativ olaraq pulsuz peyvənd var. Belə qrup insanlara test təklif ediləcək, amma bu artıq ödənişli olacaq”, - deyə İmnadze bildirib.
Eyni zamanda, İmnadze aşılanmamış vətəndaşlar üçün ödənişli testin mümkün tətbiqi məsələsinə bir daha aydınlıq gətirib.
"Bu, yalnız ödənişli bir test olmayacaq, bəziləri yanılır. Hər hansı bir müəssisəyə, hətta bir restorana girmək istənilsə, ödənişli olacaq. Vətəndaş iki dəfə peyvənd olunsa, test pulsuz, dövlət hesabına olacaq. Peyvənd edilmirsinizsə, testi öz hesabınıza etməlisiniz. Söhbət pasiyentdən gedirsə, test həmişə pulsuz olacaq", - Paata İmnadze deyib.
Eyni zamanda Paata İmnadze hesab edir ki, peyvənd müəyyən peşə qrupları üçün məcburi olmalıdır. Onun vebinarda dediyinə görə, aşılama həmkarları üçün də məcburi olmalıdır.
"Şəxsi fikrim budur ki, peyvənd müəyyən peşə qrupları üçün məcburi olmalıdır, əlbəttə ki, hər kəs üçün deyil, müəyyən peşə qrupları üçün, məsələn, həmkarlarım üçün", - İmnadze bildirib.


