Marneuli Geo Hospital klinikasında koronavirusla bağlı son vəziyyət
Marnulinin "Geo Hospitals" klinikasında hazrda 32 pasiyent koronavirus səbəbiylə müalicə alır.
Klinikanın klinik direktoru Tata Şenqelaianın InterPress.ge-yə verdiyi məlumata görə, virusa yoluxanlar 40 yaş üstü şəxslərdir.
"Klinikamızda, səhər saat 6 -ya olan məlumata görə, 32 xəstə yatır, onlardan 10 -u reanimasiyadadır və vəziyyətləri ağırdır, qalanları palatalara yerləşdirilib. Marneuli bağlandıqda bənzər bir ciddi vəziyyətimiz olmadı, dəhşətli dərəcədə çətin bir vəziyyətdir və hamıdan maska taxmalarını, aşılanmalarını xahiş edirəm. Yoluxmuş xəstələrin əksəriyyəti 40 yaşdan yuxarıdır", - dedi Şenqelaia.
Xatırlatmaq istərdik ki, Gürcüstanda son 24 saat ərzində 5359 yeni koronavirus halı təsdiqlənib. Məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Onların sözlərinə görə, 2726 nəfər virusdan sağalıb, 42 nəfər isə ölüb.


