Həssas qruplar üçün işlə təmin etmənin təşviqi daha da gücləndiriləcək
Həssas qruplar üçün işlə təmin etmənin təşviqi daha da gücləndiriləcək.
InterPress.ge xəbər verir ki, Dövlət Qayğısı və İnsan Alveri Qurbanları, Zərərçəkənlərin Müdafiəsi və Yardımı Agentliyi və İşlə Təmin Etmə Təşviqi Dövlət Agentliyi arasında anlaşma memorandumu imzalanıb.
Əməkdaşlığın məqsədi təkbaşına anaların, zorakılıq qurbanlarının, habelə dövlət himayəsində olan və dövlət himayəsindən kənar şəxslərin peşə keyfiyyətlərini yüksəltmək və bu yolla onların əmək bazarında işlə təmin edilmələrini təşviq etməkdir.
Memorandum bələdiyyə səviyyəsində "Qayğı Agentliyi"nin benefisiarlarına peşəkar konsultasiya və karyera planlaşdırma xidmətlərinin göstərilməsini, benefisiarların əsas bacarıqlarının inkişafı, peşə təhsili, peşə inkişafı və bununla da işlə təmin edilmələrini təşviq etməyi nəzərdə tutur ki, bu da onları ictimailəşməsini və cəmiyyətdə reabilitasiyasını təşviq edəcək.
Əməkdaşlıq memorandumu Dövlət Qayğı və İnsan Alveri Qurbanları Agentliyi, Zərərçəkənlərə Yardım Agentliyi direktoru Meri Mağlaperidze və İşlə Təmin Etmə Təşviqi Agentliyinin direktoru Manino Veltauri tərəfindən imzalanıb.


