Rustavidə, Marganişvili və Kldiaşvili küçələrinin kəsişməsində avtomobil qəzası baş verib.
InterPress.ge xəbər verir ki, təcili tibbi yardım maşını ilə minik avtomobili toqquşub.
Məlumata görə, qəza nəticəsində təcili yardım maşınının sürücüsü yüngül xəsarət alıb. Ona yerindəcə müvafiq tibbi yardım göstərilib.
Hadisə yerinə bir neçə patrul polisi ekipajı cəlb olunub.
