Quyuda ölən atasını çıxarmağa çalışarkən özüdə öldü
Kaxetidə, Qurgaani Bələdiyyəsinin Bakurisçixe kəndində bədbəxt hadisə baş verib.
InterPress.ge xəbər verir ki, 62 yaşlı kişi su quyusunda boğularaq ölüb.
Şahidlərin dediyinə görə, Tamaz Kumsiaşvili suyu kəndi başqa hissəsinə yönəltmək üçün yol kənarındakı quyuya enib, ancaq quyudan çıxa bilməyib.
Oğlu da atasına kömək etmək üçün quyuya enib, amma atası kimi quyudan çıxa bilməyib. Xilasetmə xidməti prosesə cəlb edilib, lakin 62 yaşlı kişi oksigen çatışmazlığından hadisə yerindəcə ölüb.
Daha sonra kişinin 40 yaşlı oğlu quyudan çıxarılıb və Qurgaanidəki "Geo Hospitals" xəstəxanasına aparılıb. Ancaq o xəstəxanaya yerləşdiriləndən bir neçə dəqiqə sonra vəfat edib. Həkimlər reanimasiya tədbirlərinin təsirsiz olduğunu söyləyiblər.


