11 
Avq
2021
15:25
728

Daha bir hava yolu şirkəti Gürcüstan istiqamətində fəaliyyətini bərpa edəcək

Cari ilin avqustun 12 -dən etibarən İordaniyanın Fly Jordan (Solitaire Air) aviaşirkəti Gürcüstan istiqamətində fəaliyyətini bərpa edəcək.

InterPress.ge məlumat verir ki, Gürcüstan Mülki Aviasiya Agentliyinə uçuşa dair təqdim olunan müraciətə əsasən, aviaşirkət Amman -Batumi-Amman hava xəttində çoxlu çarter uçuşları həyata keçirəcək.

Mülki Aviasiya Agentliyindən verilən məlumata görə, Amman və Batumi arasında uçuşlar avqustun 12-dən sentyabrın 30-dək həftədə bir reys, hər cümə axşamı günü, Boeing 737 tipli təyyarə ilə həyata keçiriləcək.

Qeyd edək ki, Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi cari ilin avqustun 9 -da Fly Jordan -a bu istiqamətdə hava nəqliyyatı üçün lazımi icazəni verib. İordaniya çarter aviaşirkəti 2017 -ci ildə Gürcüstan istiqamətində fəaliyyətə başlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər