Rövşən İsgəndərov: “Sadaxlı eli üçün ən yaxşısını edəcəm” - VİDEO
"Gürcü Arzusu" 10 avqust tarixində Marneuli merliyinə namizəd olaraq Kenane Ömərov təqdim etdi.
InterPress.ge xəbər verir ki, tədbirin sonunda K. Ömərov Gürcü Arzusunun bələdiyyə üzrə majoritar deputatlarını təqdim edib.
Sözü gedən deputatlardan biridə, hansı ki, ikinci dəfədir Sadaxlı inzibati vahidində namizədliyi irəli sürülən Rövşən İskəndərov-dur.
R. İsgəndərov hər zaman xalqı üçün əlindən gələni edəcəyini vurğulayıb.
"Mən artıq ikinci dəfədir ki, Sadaxlı ərazi vahidliyindən namizədəm. Bu günə kimi gördüyümüz bir çox işlər var, eyni zamanda həll edilməmiş problemlərdə var. Bu gün həmin problemlərin həlli üçün çalışırıq və bundan sonrada problemlərin həlli üçün əlimizdən gələni edəcəyik. Sadaxlı ərazi vahidliyində yaşayan əhali yaxşı bilir ki, mən hər zaman xalqımın yanında olmuşam və yanıdayam. Hər zaman Sadaxlı eli üçün hər şeyin ən yaxşısını etməyə çalışacam”, - deyə İsgəndərov bildirib.