Beynəlxalq təşkilat GORBI -nin keçirdiyi sorğuya görə, bu gün yerli özünüidarəetmə seçkiləri keçirilsə respondentlərin 46,8% -i "Gürcü Arzusu"na səs verərdi.
InterPress.ge xəbər verir ki, tədqiqat İmedi TV-nin sifariş ilə aparılıb.
Respondentlərin 27,1% -i Vahid Milli Hərəkata, 8,7% -i Qiorqi Qaxaria -nın "Gürcüstan üçün" partiyasına səs verəcəyini söyləyib.
Ölkə daxilində 1953 nəfərlə birbaşa müsahibə aparılıb. Səhv ölkə daxilində artı-mənfi 2,2% və Tbilisi daxilində artı-mənfi 3,2% -dir. Sorğu iyulun 25 -dən avqustun 4 -dək aparılıb.
