10 
Avq
2021
15:58
483

“Gürcü Arzusu” fraksiyasının sədri Saakaşvilinin bəyanatına münasibət bildirdi

“Mixeil Saakaşvili öz keçmişinin ağır günahları səbəbindən qeyri-adekvatdır”.

InterPress.ge xəbər veri ki, bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze Gürcüstanın sabiq prezidenti ,Ukraynanın İcra Komitəsinin sədri Mixeil Saakaşvilinin dünənki ” hökumət həkimlərinin yalan üstünə yalan qoyub danışması ” ilə bağlı bəyanatını belə qiymətləndirib.

Mamuka Mdinaradzenin sözlərinə görə, yalan və şər Mixeil Saakaşvilinin “ticarət nişanıdır”.

“Düzünü desəm, bu super odioz və ya nə ad qoysam bilmirəm belə ki, özümə də yaraşdırmadığım sözlər demək istəmirəm. Bəzən polisi söyən və təhdid edən, bəzən də həkimləri söyən və təhdid edən bir adam, hadisələr qarşısında qeyri -adekvatdır, keçmişinin ağır günahlarına görə qeyri-adekvatdır və gündəlik olaraq hər cümləsində bəzən yalan, bəzən də şər danışır, belə ki, qiymətləndirmək üçün təsəvvürolunmazdır. Yalan və şər bu adamın ticarət nişanıdır. Əgər onun təsiri altındakı hər hansı bir partiya ayrılmağı bacararsa, gürcü siyasətində nisbətən adekvat olacaq”  - deyə Mamuka Mdinaradze bildirib.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti, Ukrayna İcra Komitəsinin sədri Mixeil Saakaşvili dünən “Mtavari Arxi”nin efirində bildirib ki, “hökumət həkimləri məşğul olmaq əvəzinə televiziyalardadılar və yalan üstünə yalan qoyub danışırlar”.

Bizimlə əlaqə saxlayın