10 
Avq
2021
11:56
910

Gürcüstanda koronavirusa minlərlə yoluxma qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 5697 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 455846 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2713 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 406 475 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 54 nəfər ölüb və ölənlərin ümumi sayı 6182 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər