Qamğrelidze: "Bir qayda olaraq, ilk təsir məhdudiyyətlərin tətbiqindən 2 həftə sonra..."
"Maskanın taxılmasına və kovid qaydalarının icrasına nəzarətin gücləndirilməsi, ehtimal ki, avqust ayında nəticə verəcək".
InterPress.ge xəbər verir ki, bunu Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamğrelidze deyib.
"Bir qayda olaraq, ilk təsir məhdudiyyətlərin tətbiqindən 2 həftə sonra, 10 gün ərzində görünür. Xəstəliklərə Nəzarət Mərkəzi həmişə daha radikaldır. Koordinasiya Şurası çox ciddi tövsiyələr aldı - toylar, məclislər zamanı çox ciddi ölçülər almaq, salonları möhürləmək və izdihamlı yığıncaq yerlərini qadağan etməkdir. Bu çox ciddidir. Əlbəttə ki, bu, icradan asılıdır və əminəm ki, icra maksimum olacaq və maksimum nəticə verəcək ",- Amiran Qamğrelidze bildirib.


