Baş nazir açıqladı - Bu şəxslərin maaşları artacaq
“2022-ci ilin yanvarından dövlət işçilərinin maaşları artacaq, merlərin maaşlarının ikiqat edilməsi də planlaşdırılır”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili bəyan edib.
Onun dediyinə görə, dövlət xidmətində işləyən insanların maaşlarının artırılması ilə motivasiyaları artacaq.
“Seçkilərə yaxınlaşırıq. Merlərin maaşları təxminən 1 800 – 2 000 larini təşkil edir. Bugünki reallıqdan tamamilə çıxıb və uzaqlaşıbdır. İllər ərzində dövlət işçilərinin maaşları artmayıb. Əgər nazirliklər səviyyəsində bir neçə lokal qərarı saymasaq. Hökumət vahid baxış təqdim etməyib. Bizim yeni siyasətimiz çərçivəsində, 2022-ci ilin yanvarından dövlər işçilərinin maaşlarının artırılmasına başlayacağıq. Bu mütləqdir, çünki dövlət xidmətində işləyənlər motivasiyanı görmürlər, özəl bölmə ilə rəqabət apara bilmirlər, buna görə, qeyd olunan məsələnin həlli vacibdir və bunu mütləq 2022-ci ilin yanvarından edəcəyik. Eləcə də merlərin maaşlarını artıracağıq. Praktiki olaraq ikitqat edəcəyik. Təsəvvürolunmazdır ki, mer 2 000 lariyə işləsin və Kutaisi, Batimiyə xidmət etsin”, – deyə İrakli Ğatribaşvili bildirib.


